1, yoxsa 15 sentyabr - Məktəblər nə vaxt açılacaq?
13 Avqust 2026, 14:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
13.08.2026, 12:30
Müasir dövrdə dövlətlərin xarici siyasətində və qlobal güc balansında hərbi güclə yanaşı, nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və enerji xətlərinin rolu sürətlə artır. Yeni logistika və enerji marşrutlarının formalaşması yalnız iqtisadi mənfəət gətirmir, həm də ölkələrin geosiyasi təsir imkanlarını köklü şəkildə dəyişir. Gələcəkdə dövlətlərin beynəlxalq arenadakı gücünü təkcə ordularının böyüklüyü deyil, məhz nəzarət etdikləri strateji şəbəkələr və logistik arteriyalar müəyyən edə bilər. Qlobal iqtisadiyyatın şah damarına çevrilən bu marşrutlar üzərində rəqabətin daha da kəskinləşəcəyi gözlənilir. Azərbaycanda bu proseslərin mərkəzində yer alaraq regional və qlobal miqyasda öz mövqelərini möhkəmləndirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev bildirib ki, yollar və limanlar hər zaman dövlətlər üçün strateji xarakter daşıyıb:
"Qədimdən İpək Yolu, dəniz sahillərində yerləşən şəbəkələr, limanlarda tikilən qalalar və strateji yollar üzərində qədim şəhərlərin salınması onu göstərir ki, nəqliyyat dəhlizləri hər zaman dövlətlərin hem varlığı, hem də başqa dövlətlərə təsir imkanları baxımından olduqca önəmli faktor olub”.
Şərhçi qeyd edib ki, amma müasir dövrdə yolların, logistikaların, o cümlədən limanların — həm dəniz, həm hava limanlarının, həm dəmir yolu xətlərinin, o cümlədən enerji infrastrukturlarının qlobal güc balansının müəyyən edilməsində və ya üstünlüyün qazanılmasında rolu əhəmiyyətli dərəcədə artmışdır:
“Bu strateji xətlərə nəzarət etmək üçün dövlətlərin hərbi, çəkindirici gücü də olmalıdır. Əks təqdirdə, digər hərbi cəhətdən güclü olan ölkələr istənilən zaman öz maraqlarının təmin edilməsi üçün həmin yolları əldə etməyə cəhd edirlər”.
Taleh Əliyevin sözlərinə görə, bunun bu gün üçün ən bariz nümunəsi Hörmüz boğazı və o cümlədən, Bab əl-Məndəb keçididir ki, dünya ticarətində davamlı olaraq hegemonluq edən Amerika Birləşmiş Ştatlarının İranla yaşadığı müharibə səbəbindən İran həm birbaşa öz silahlı qüvvələri vasitəsilə Hörmüz boğazını bağlayır, digər tərəfdən də proksi qüvvələri olan Yəməndəki husi qüvvələri vasitəsilə Bab əl-Məndəb keçidini bloklamaqla əslində Amerika Birləşmiş Ştatlarını dünyanın yerdə qalan ölkələri ilə üz-üzə qoymuş olur.
Siyasi şərhçi vurğulayıb ki, irəliləyən zamanda qlobal iqtisadiyyatın şah damarı funksiyasını oynayan həm nəqliyyat-logistikaları, dəmir yolları, dəniz limanları, enerji infrastrukturlarının keçdiyi ərazilərə nəzarət uğrunda rəqabət daha da güclənəcəkdir. Bu resurslara nəzarət edən ölkələrin həm dünyada, həm də regionda ciddi söz sahibi olması qaçılmazdır:
“Bu baxımdan da Azərbaycanın Orta Dəhliz marşrutu üzərində yerləşən bir ölkə kimi ölkə ərazisindən Orta Dəhlizin şaxələndirilməsinə üstünlük verməsi bildiyiniz kimi, Azərbaycan-Gürcüstan istiqamətində Orta Dəhliz üçün həm enerji infrastrukturu, həm dəmir yolu xətti, həm avtomobil xətti mövcuddur. Bu gün də Ermənistanla əldə edilən sülh danışıqları fonunda bu marşrutun alternativ bir istiqamətdə — həm də Ermənistan ərazisindən keçməklə Türkiyə ərazisinə çıxışının təmin olunmasında maraqlıdır. Bu isə Azərbaycana dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni dünya düzənində 'orta güc' statusu qazanmaq və onu qoruyub saxlamaq baxımından oldukça ciddi üstünlüklər yaradır”.
Çimnaz Telmanqızı
14:15 / 13 Avqust 2026
1
14:13 / 13 Avqust 2026
1
14:10 / 13 Avqust 2026
17
14:01 / 13 Avqust 2026
170
13:59 / 13 Avqust 2026
31
13:58 / 13 Avqust 2026
30
13:50 / 13 Avqust 2026
36
13:48 / 13 Avqust 2026
38
13:43 / 13 Avqust 2026
41
13:42 / 13 Avqust 2026
37
13:35 / 13 Avqust 2026
110
13:30 / 13 Avqust 2026
38
13:18 / 13 Avqust 2026
183
13:15 / 13 Avqust 2026
50
13:14 / 13 Avqust 2026
49
12:51 / 13 Avqust 2026
51
12:50 / 13 Avqust 2026
54
12:38 / 13 Avqust 2026
53
12:15 / 13 Avqust 2026
73
12:05 / 13 Avqust 2026
231
12:00 / 13 Avqust 2026
60
11:57 / 13 Avqust 2026
56
11:44 / 13 Avqust 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.